Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Sosial şəbəkədə gündəm olmuş iddia: Səud ailəsində ikinci çevriliş gözlənilir

Səud şahzadəsi Məhəmməd Bin Salman 3 ay içində taxta çıxacaq.

Səud ailəsinə yaxın hesab olunan jurnalist Mücahid Tvitterdə paylaşım edib.

Din.az bildirir ki, sosial şəbəkədə 2 milyondan çox təqibçisi olan Mücahid səudların Julian Assanjı kimi şöhrət qazanıb. O paylaşım edərək bildirib ki, Səud şahzadəsi Məhəmməd Bin Salman 3 ay içində taxta çıxacaq. Ərəbcə yayımlanan tvitdə “Şahzadə Kuşner və Trampla əməkdaşlıq edərək 4 iyunda kralı taxtdan endirəcəklər” deyilir.

Həmçinin Mücahid ona bəlli olan qaynağın niyə məhz 4 iyun seçildiyini açıqlanmadığını da bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...