Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Sosial şəbəkədə gündəm olmuş iddia: Səud ailəsində ikinci çevriliş gözlənilir

“Şahzadə Kuşner və Trampla əməkdaşlıq edərək 4 iyunda kralı taxtdan endirəcəklər”.

Səud ailəsinə yaxın hesab olunan jurnalist Mücahid Tvitterdə paylaşım edib.

Din.az bildirir ki, sosial şəbəkədə 2 milyondan çox təqibçisi olan Mücahid səudların Julian Assanjı kimi şöhrət qazanıb. O paylaşım edərək bildirib ki, Səud şahzadəsi Məhəmməd Bin Salman 3 ay içində taxta çıxacaq. Ərəbcə yayımlanan tvitdə “Şahzadə Kuşner və Trampla əməkdaşlıq edərək 4 iyunda kralı taxtdan endirəcəklər” deyilir.

Həmçinin Mücahid ona bəlli olan qaynağın niyə məhz 4 iyun seçildiyini açıqlanmadığını da bildirib. / İslaminSesi

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...