Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
37847DBE00000578-3754881-image-a-183_1471965935121

Şotlandiyada hicab polis geyiminin bir hissəsi oldu

Share Button

Müsəlman qadınlar polis peşəsinə cəlb edilir…

Şotlandiya polisi bu gündən etibarən hicabın rəsmi polis geyiminin bir hissəsi olduğunu bəyan edib.

“Din.az” bildirir ki, “deyerler.org”un “İndependent”ə istinadən verdiyi xəbərə görə, hökumət rəsmiləri bu qərarın qəbul edilməsində məqsədin müsəlman xanımlarını bu peşəyə sövq etmək olduğunu bildirib. “Ola bilsin ki, indiyə qədər müsəlman xanımlar öz karyeralarında variant olaraq görmürdülər. Bu qərardan sonra müsəlman xanımların da bu peşəyə marağının artacağını düşünürük”, – deyə qərarda bildirilib.

Qeyd edək ki, buna qədər də Şotlandiyanın müsəlman polis əməkdaşı olan xanımlara hicab taxmaq qadağan deyildi. Lakin, indi isə hicab polis geyiminin rəsmi bir hissəsi olaraq təsdiqlənib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top