Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“ŞOU XARAKTERLİ VERİLİŞLƏR EFİRLƏRDƏN İNSANLARIN HƏYATINI MƏHV EDİR” – RƏŞİD MAHMUDOVDAN ETİRAZ

“Televiziyalar az qalıb ailələrin intim videosunu yayımlasın”.

“Onları efirə çıxarmaq olmaz. Az qalıb ailənin intim videolarını da efirdə yayımlayalar, ayıbdır!”

Din.az bildirir ki, bunu A24.az saytına açıqlamasında tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov ailə-məişət məsələlərinin televiziya proqramlarda müzakirə edilməsinə münasibət bildirərkən deyib.

R.Mahmudov insanların proqramlara çıxarılaraq reytinq xatirinə linç edilməsinə kəskin etiraz edib:

“Şou xarakterli belə verilişlər efirlərdən insanların həyatını məhv edir. Telekanallarımız Azərbaycan xalqının əleyhinə işləyir. Bunun qarşısını yalnız avtomatla almaq olar. İki kanladan başqa hamısında belə verilişlər var. Mən daima bu tip proqramlara öz etirazımı bildirmişəm, qınamışam belə telekanalları, aparıcıları. Xoşqədəmin verilişində ekspert kimi iştirak etmişəm, verilişi düz aparmadığına görə tənqid etmişəm onu. Daha efirlərə baxmıram”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...