Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

SOVET DÖNƏMİNDƏ DİNİ FİLM ÇƏKMƏK OLARDI? ALMA ALMAYA BƏNZƏR – FİLM TƏHLİLİ

Cənnətməkan kəndi və “duz çörək Həsən” …

Sizcə, Sovet dönəmində Azərbaycanda dini film çəkmək olardı?
Yəqin hər biriniz yox cavabı verirsiz. Bəs 1975-ci ildə, Sovetin “qılıncının iki tərəfinin də kəsdiyi” bir dönəmdə ”Cənnət”, “Allah”, “İslam”dan dəm vuran bir filmin çəkildiyini desəm, inanarsız?

İnanmırısınızsa, gələn birgə 1975-ci ildə kinorejissor Arif Babayevin quruluş verdiyi, ssenarisi Alla Axudovaya məxsus “Alma almaya bənzər” filmindən bir neçə səhnəyə daha diqqətlə baxaq.

Hər şeydən əvvəl kəndin adı – Cənnətməkan və burada yetişən alma ilə başlayır. Cənnət və alma əslində çox şeydən xəbər verməli idi.
“Ne kurit, ne sorit” lövhəsinin düz yanında oturub siqaret tüsdülədən iki nəfər əslində cənnətin qadağasını pozan insan övladına işarədir. Özü də bu hadisə kənddə “duz çörək Həsən” kimi tanınan şəxsin idarəsində baş verir.

Cənnətməkan kəndi və “duz çörək Həsən”… Burda da bir az düşünsək pis olmaz…
Cənnətməkandan ayrılan sürücüyə “duz çörək” Həsən deyir:
“2 dənə almaya görə duz çörəyi tapdamayacaqsan ki”. Necə ki, cənnətdə Adəm almanı tapdayıb buğdanı, dolayısı yola çörəyi seçmişdi.
Təsadüfi deyil ki, filmin elə bu yerində titrlərdə “Duz çörək qurbanı” sözləri qeyd olunur. Beləcə “bu dünyaya”, yəni rayona yola düşən sürücü özüylə bərabər almanı da bura gətirir. Alma da nə alma, tumsuz. Eynən Qurani Kərimdə, “İxlas” surəsində Allahın təsviri kimi“O, nə doğmuş, nə də doğulmuşdur”
Alma rayona çatan kimi bazarda hər şey ədalətlə həll olunmağa başlayır.

Hansı ki, almanın real qiyməti bazarda 50 qəpik olmalıdır. Tumzus alma bazara gələn kimi şişirdilmiş qiymət möcüzəli şəkildə əriyir.

Şüuaraltı olaraq həqiqətə təslim olan gördüyünüz bu satıcının 7 qızı var, arvadı 8-ci uşağın ağrısı ilə xəstəxanaya aparılır. 7 qız atasına bu xəbəri anası çatdırır: “Muğayat ol ha, birdən gülməşəkərin yenə qız doğar səninçün”. Bu zaman kişi göyə baxaraq deyir:

Bəs görəsən bu kişinin qızlarının sayı niyə 7-dir?

7 müqəddəs rəqəm sayılır. İlahi təsvvürlərdə göstərilir ki, Allah dünyanı 6 günə yaradıb, 7-ci gün boşluqdur. 8-ci gün isə əksər mədəniyyətlərdə yeni gün, yeni mərhələ kimi qəbul olunur. Hamilə qadın möcüzəvi almanı yedikdən sonra 8-ci uşağı oğlan doğulur.
Yoldaşının doğmasını gözləyən kişiləri göstərən kadrda, arxa fonda saat 8-dir, 9-a işləyib.
Dialoqu dinlədiniz. İlk baxışdan elə görünür buradakı “o daha bizdən asıllı deyil” cavabı doğuşun kişilərdən deyil, qadınlardan asıllı olduğu mənasını verir. Amma səhnənin alt qatında ciddi mesaj var: “8-ci günün, yeniliyin doğuluşu insan iradəsindən kənardır”.
Filmdəki orta məktəb müəllimi ortodoksal sovet vətəndaşıdır – materialist təfəkkürlü, görmədiyinə inanmayan bir adam. Müəllim qaydalarla hər şeyin izahını verir. Ancaq toxumsuz alma bu izahı məhv edir.

Vasvası sovet aliminin timsalında materializmin bəsit nümayəndələri, elmdən kənarda heç bir şübhə saxlamayan insanlar ifşa olunur. Filmdə alim almanın toxumsuz olduğunun fərqinə belə varmır. Materializmin tipik nümayəndəsi kimi möcüzədən yan keçib almanın qurdu ilə maraqlanır;

Alim tumsuz almanı şirəçəkən aparata atıb suyunu çıxarır:

“Əraf” surəsi, 180-cı ayə. «Allah-Təalanın 100-dən bir əskik, yəni 99 adı vardır.
Nadir baba və Mehdi yenidən kəndə qayıdır. Yolda dincələn zaman Mehdi gileylənir:

Filmdə orijinalıqla təsvir olunan məqamlardan biri də cənnətdən ayrı düşən insan övladının ilk vətənin xiffətini çəkməsi, xatirələrin həmişə reallıqdan daha gözəl olması maraqlı dialoq üzərində göstərilməsidir.
Məsələn Cənnətməkanda Qurbanla Mədinə arasında belə dialoq olur:

Amma sonradan Qurban bu dialoqu xatırlayarkən vulqar sözlər dialoqdan çıxır, ifadələr daha gözəl sözlərlə xatırlanır:

Əslində filmdəki adlara da diqqət etsək çox şey aydın olur: Aişə, Mehdi, Mədinə KƏRİMov, Məmmədəli və s.
İlk kadrdan sona qədər partlamamış minaya bənzəyən bu filmin adı da bir Allah bilir nədən xəbər verir: Alma almaya bənzər. Bəlkə də müəllif bununla hürufilərin “ənəlhəq”inə işarə edir, bütün insanların üzündə allahın təcəlla etdiyini önə çəkir; bütün almalar bir birinə bənzəyir, amma sadəcə bənzəyir. Ən təccüblüsü isə üstündən 40 il ötməsinə baxmayaraq bu günədək həmin filmin batini simasını üzə çıxaran bircə fikrin belə səslənməməsidir. Bu səhnələrin şərhini ilk dəfə biz təqdim etdik.

A24.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...