Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Sovetski”də yerləşən Əbdürrəhimbəy Qulubəyov məscidi söküləcəkmi? – VİDEO

Qədim məscidin sökülüb-sökülməyəcəyi heç kimə məlum deyil.

Bakının “Sovetski” adlandırılan ərazisində söküntü işləri demək olak ki, yekunlaşıb.

“Din.az” “İslaminSesi”nə istinadən xəbər verir ki, ərazidə işləyən ağır texnika söküntü nəticəsində dağıdılmış evlərin qalıqlarını təmizləyir. Nəqliyyatın istifadəsi üçün ərazinin bir hissəsinə yeni asfalt çəkilir. Tikinti meydançasında toxunulmaz qalan yalnız gördüyünüz bu tarixi abidə – Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi və 18 mərtəbəli yaşayış binasıdır.

1902-ci ildə inşa edilmiş məscidin divarlarına asılmış lövhədə abidənin Mədəniyyət Nazirliyi tərəfindən qorunduğu yazılsa da “Sovetski” sakinləri qədim məscidin sökülüb-sökülməyəcəyi barədə dəqiq məlumata malik olmadıqlarını bildirirlər. Mədəniyyət Nazirliyi ilə əlaqə yaradıb, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovdan münasibəti öyrənmək istəsək də, buna nail ola bilmədik.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...