Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SOYQIRIMI BÖHRANI: İsraildən sərt etiraz gəldi

Yəhudilər təhqir olunduqlarını iddia etdilər.

İsrail müxalifətinin liderlərindən biri İshaq Hersoq ölkənin Polşadakı səfirini geri çağırmağı tələb edib.

Din.az xəbər verir ki, o, Polşa hökumətinin İkinci Dünya müharibəsi ilə bağlı qəbul etdiyi qanun layihəsinin yəhudilər üçün təhqir olduğunu bildirib. Hersoqla bərabər, digər müxalifət partiyaları da məsələyə münasibət bildirib. İsrailin sol mərkəzçi bloku olan Sionist Düşərgəsinin rəhbəri, keçmiş xarici işlər naziri Sipi Livni Varşavanın bununla tarixi faktları və polyakların bir qisminin Holokostda iştirakını danmaq istədiyini bildirib:

“Bu qanun təkcə keçmişin ləkələrini yumur, o həm də hazırkı zamana yeni ləkələr əlavə edir. Bu qanun keçmişi dəyişə bilməz, amma gələcək üçün təhlükəlidir”.

Qeyd edək ki, Polşa Seymində qəbul edilən qanun layihəsinə əsasən, “Polşa ölüm düşərgələri” ifadəsini işlədən hər kəsi üç il həbs cəzası gözləyir. Eləcə də polyakların nasist Almaniyası ilə müttəfiqliyini bildirən, polyakların yəhudi soyqırımında iştirakını nəzərdə tutan bütün ifadələr ölkədə qadağan olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...