Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Sputnik” Heydərovun açıqlamasını təhrif etdi

Səyavuş Heydərov açıqlamasının təhrif edildiyini bildirib.

Rusiyanın Sputnik agentliyinin Türkiyə bürosu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov açıqlamasını təhrif edilmiş formada təqdim edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, S.Heydərov APA-ya açıqlamasında Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğunu bildirib. Sputnik isə Heydərovun dilindən sözügedən ölkələrdə 300 azərbaycanlının öldüyü barədə xəbər yayıb.

Qeyd edək ki, S.Heydərov bir uşağın artıq ölkəyə gətirildiyini, reabilitasiya prosesinə cəlb olunduğunu qeyd edib:

“19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...