Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Sputnik” müsəlmanları təhqir etdi – Foto

“Mən həmişə islamın neqativ imicinin yaranması və formalaşması üçün çalışmışam”.

Rusiyanın məşhur “Sputnik” xəbər agentliyi islam dininə və müsəlmanlara qarşı hörmətsizlik nümayiş etdirib.

Din.az xəbər verir ki, agentliyin bu gün dərc olunan “Hollandiyanın ultrosağçı Azadlıq Partiyasının keçmiş üzvü islamı qəbul etdi” başlıqlı yazısında müsəlmanlara qarşı alçaldıcı bir fotodan istifadə olunub.

Qeyd edək ki, Hollandiyanın ultrasağ Azadlıq Partiyasının üzvü Yoram van Klaveren islam dini haqqında tənqidi kitab yazarkən müsəlman olub.

Əvvəllər Klaveren islamın sərt tənqidçisi sayılıb və onun “yalan” olduğunu deyirmiş.

“Mən həmişə islamın neqativ imicinin yaranması və formalaşması üçün çalışmışam. Lakin inamım onunla tanış olduğum zaman yenidən təzələnib”, – deyə hollandiyalı siyasətçi qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...