Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şri-Lanka qapalı geyimləri və niqabı qadağan etməyə hazırlaşır

Dəhşətli terror dalğası dini geyimlərin qadağan edilməsini gündəmə gətirdi.

Şri-Lankada törədilmiş dəhşətli terror dalğası dini geyimlərin qadağan edilməsini gündəmə gətirib

Yüzlərlə insanın öldüyü son partlayışda qadınların yaxından iştirak etməsi ehtimalına görə, Şri-Lanka hakimiyyəti ölkədə niqab bağlamağı qadağan edə bilər.

Din.az Sputnik.az-a istinadən xəbər verir ki, aprelin 22-də artıq bu istiqamətdə addımlar atılıb.

Bu qərar şübhəlilərin dindirilməsi və şahidlərin təqim etdiyi sübutlardan sonra verilib.

Xatırladaq ki, Şri-Lankada aprelin 21-də Pasxa qeyd edilən zaman partlayışlar baş verib.

Əvvəlcə 3 məbəd və 3 hoteldə 6 partlayış baş verib. Sonra isə adanın qərbində 7-ci, Kolombo kənarındakı yaşayış məntəqəsində isə 8-ci partlayış qeydə alınıb. Yerli mətbuatın məlumatına görə, terror hadisələri “kamikadze”lər tərəfindən törədilib.

Son məlumata görə, partlayışlar zamanı 45-i uşaq olmaqla 321 nəfər ölüb, 525 nəfər yaralanıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...