Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

STOP İSLAM! Avropanın qaranlıq üzü – Dəhşətli faktlar

Avropada “İslamlaşmanı dayandırın!” adlı aksiyalar keçirilr.

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirildi və Azərbaycan bəşəriyyətin xilası olan multikulturalizmi, dini dözümlülüyü və tolerantlığı yenidən dünyanın gündəminə çevirdi.

Bakıda bəşəri dəyərlərin xilası müzakirə olunduğu bir vaxtda liberal Avropada müsəlmanlara qarşı şiddət davam edir. Bakıda dünya dini liderləri multikulturalizmi müzakirə etməsindən 12 gün sonra – noyabrın 26-da Norveçin Kristiansand şəhərinin mərkəzi küçələrinin birində müsəlmanlara qarşı SIAN adlı etiraz aksiyasının keçirilməsi bunun əyani sübutudur.

“Norveçin İslamlaşmasını dayandır” şüarı ilə keçirilən aksiyada etirazçılar “Qurani-Kərim” yandırıblar.

“Kill All Muslims” – Bütün müsəlmanları öldürün!

Bu çağırışların adi hala çevrildiyi Avropada – demokratiyanın beşiyində gündəm “Stop İslam”dır.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə nitq söyləyən Prezident İlham Əliyev bu problemi xüsusi qeyd etdi.

“Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişlər. Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Mən iclaslarda bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışardılar. Amma oturublar, bir-birini dinləyirlər, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, – mən Avropa ölkələrini nəzərdə tuturam, – ancaq müsəlman miqrantları yox. Deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlardan asılıdır, sən nə istəyirsən, hansı siyasət yürüdürsən. Bax, biz bu siyasəti yürüdürük. Bu siyasət yeganə düzgün siyasətdir. Əks təqdirdə, gələcək müharibələr, o cümlədən ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin Zirvə Görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik”, – dövlət başçısı vurğulayıb.

Demokratiyanın beşiyi sayılan Avropadan fərqli olaraq, Azərbaycanda bütün dinlərin etiqad azadlığı təmin olunub. Məhz buna görə bu gün dünyada multikulturalizmin əsas beşiyi hesab olunur.

Azərbaycana inteqrasiya məkanı kimi göstərilən Avropada vəziyyət bunun tam əksidir.

Fransanın İctimai Rəy İnstitutunun (İFOP) bu ayın əvvəlində keçirdiyi sorğu real vəziyyəti özündə əks etdirir.

Sorğunun nəticələrinə görə, bu ölkədə hər 10 müsəlmandan 4-ü irqi və dini ayrı-seçkiliyə məruz qalıb. Ümumilikdə Fransadakı müsəlmanların 42 faizi həyatlarında bir dəfə də olsa mənsub olduqları dinə görə ayrı-seçkiliyin qurbanı olublar. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışı zamanı ayrı-seçkiliklə üzləşiblər.

Bununla yanaşı, Fransada yaşayan hər 4 müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Qeyri-müsəlmanlara qarşı bu hallar 3 faiz təşkil etsə də, müsəlmanlara qarşı 7 faiz olub. Bu ölkədə yaşayan müsəlman qadınlar isə kişilərə nisbətə daha çox ayrı-seçkiliyə məruz qalırlar: qadınların 45 faizi, kişilərin 35 faizi. Başını örtən müsəlman qadınların 60 faizi həyatlarında bir dəfə də olsa ayrı-seçkiliyə məruz qalıb, 37 faizi isə təhqir olunublar.

2015-ci ildən etibarən Avropadakı müsəlmanlara, xüsusilə Yaxın Şərqdə müharibədən xilas olmaq üçün “Köhnə Qitə”yə üz tutmağa məcbur olan miqrantlara qarşı hücumlar kütləvi hal alıb.

Dörd il öncə – 2015-ci ildə Praqada toplantı keçirən “Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar” (PEGİDA) təşkilatı Yaxın Şərqdən və Afrika çöllərindən Avropaya axın edən müsəlman miqrantlara qarşı etiraz aksiyalarının keçirilməsi haqda qərara qəbul etdi. “Praqa Deklarasiyası” adlanan sənədi qəbul edənlər “Avropanın İslamlaşdırılmasına qarşı savaşmaq hamımızın ortaq məqsədidir” deyə bəyan etdilər. Bu toplantıdan sonra Avropanın demək olar ki, hər tərəfində “müsəlman ovu” başlandı. Hətta PEGİDA-nın rəhbərlərindən olan Almaniya vətəndaşı Tatyana Festerlinq və dəstəsi Türkiyə-Bolqarıstan sərhədində qeyri-qanuni yollarla Avropaya getmək istəyən miqrantları silahlı təqibini həyata keçirir, tutduqları müsəlmanları polisə təhvil verirlər və bundan həzz aldıqlarını xüsusilə vurğulayırlar.

Almaniya təhlükəsizlik xidmətlərinin verdiyi məlumatlara görə, bu ölkədəki düşərgələrə 2014-cü il ərzində 199 hücum edilib. 2015-ci ildə bu rəqəm 1031-ə yüksəlib. Sonrakı illərdə isə hücumlar artan xətlə davam edib və getdikcə daha şiddətli hal almaqdadır.

Lakin Avropadakı “Stop İslam” aksiyası təkcə yerli əhali tərəfindən yox, dövlət rəsmiləri tərəfindən də həyata keçirilir. Misal üçün, təxminən iki il öncə Belçikanın miqrantlarla iş üzrə naziri Theo Françen belə deyirdi: “Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub, boğulmayacaqları məni maraqlandırmır”.

Bu, İslamofobiyanın Avropa siyasətini ələ keçirdiyini təsdiqləyir. Avropalı siyasətçilərin İslama qarşı açıqlamalarının tonu da buna sübutdur. Lakin The Françen belə düşünən tək siyasətçi deyil.

Fransanın daxili işlər naziri Kristof Kastaner məktəb gəzintliləri zamanı müsəlman valideynlərinin “dini simvollarının” ictimai yerlərdə qadağan edildiyini açıqlayıb. Misal üçün, çadra, yaxud müsəlmanların istifadə etdiyi digər geyim və əşyalar buna daxildir.

Avstriyanın keçmiş baş naziri Sebastian Kurz bildirmişdi ki, “miqrasiyanın və İslamın təbliğ edildiyi məktəblərin ortaya çıxmasının qarşısını təcili almaq lazımdır”.

Siyasətçilərlə yanaşı, Avropa ölkələrinin əsas media orqanlarında da İslamofobiya geniş yayılıb.

Avstriyanın gündəlik “Kornen Zeitung” qəzetində “Hicab, radikallaşma, məktəblərdə gündəlik həyat” (Headscarf, Radicalization. Everyday Life in Kindergartens) sərlövhəli məqalədə İslama və müsəlman miqrantlara qarşı çağırışlar yer alır.

Belçikanın “Le Soir” qəzeti “Belçikalıların 50 faizi müsəlmanlara qarşı sərt siyasətin tərəfdarıdır” (50% of Belgians Favor Very Restrictive Policies Towards Muslims) manşetini atıb.

İtaliyanın “Libero” qəzetinin redaktoru Vittoria Feltrinin “Şiddətlə qarşılıq ver” (React with Violence) adlı məqaləsində İslam və müsəlmanlar hədəfə alınıb.

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmalar Vəqfi (SETA) və “Leopold Weiss İnstitutu”nun 2017 və 2018-ci illərdə Avrpoda İslamofobiya” ilə bağlı birgə həyata keçirdiyi araşdırmalar demokratiyanın beşiyi adlandırılan Qitənin anti-demokratik mənzərəsini ortaya çıxarır.

2017-ci ildə Avropada müsəlmanlara qarşı hücumların bir neçəsi:

Almaniyanın Kottbus şəhərində misirli tələbə Şaden Mohamed əl-Qohari avtomobil tərəfindən vuruldu;
Varşavada naməlum şəxs müsəlman qadına fiziki hücum etdi və təhqirlər yağdırdı;
İngiltərənin Briminhem şəhərində 14 yaşlı oğlan uşağı “İdaara Maarif-e-İslam” məscidinin yaxınlığında çoxsaylı bıçaq zərbələri ilə yaralandı;

2017-ci ildə Avropa ölkələrində müsəlmanlara qarşı törədilmiş hadisələrin statistikası:

Almaniya – 908;
Polşa – 664;
Hollandiya – 364;
Avstriya – 256;
Fransa – 121;
Danimarka – 56;
Belçika – 36;

Bu, statistikanın hazırlanmasında Avropa Fundamental Hüquqlar Agentliyinin (FRA) məlumatlarından istifadə olunub. FRA anketində qeyd edir ki, İsamofobiya qurbanlarının yalnız 12 faizinin işinə hüquq-mühafizə orqanları baxıb.

Mütəxəssislər Avropada İslamofobiyanın getdikcə yüksəlməsinin səbəblərindən biri kimi ölkələrin müsəlmanlara qarşı qanunlar çıxarmasını göstərirlər.

Misal üçün, Avropa Ədalət Məhkəməsi hicabı qadağan edən şirkətlərin ayrı-seçkili etmədiyinə dair qərar çıxarıb, Avstriya və Rumıniyada hicab qadağan olunub, Latviyada bununla bağlı müzakirələr aparılır, Belçikada isə Qurban bayramlarında müsəlmanların qurban kəsməsini məhdudlaşdırıb və s.

SETA-nın hesabatında Avropanın hər tərəfində məscid inşasına, azan və hicaba qadağalar olduğu qeyd olunur.

2018-ci il hesabatında isə İslamofobiyanın 2017-ci illə müqayisədə daha da artdığı, hücumların daha da şiddətləndiyi rəqəmlərlə göstərilir:

Avstriya – 540: 74 faiz artıb;
Fransa – 676: – 54 faiz artıb;
Almaniya – 678: bununla yanaşı, 1775 miqranta hücum edilib, müsəlmanların sığındığı evlərə 173 dəfə basqın olub;
Norveç – miqrantlara qarşı 151 hücumdan 91-i müsəlmanlara qarşı edilib;
Belçika – 70 hücum qeydə alınıb, bunların 74-ü qadınlara qarşı olub;

Avropa ölkələrinin rəsmi qurumlarının hesabatlarında da İalamofobiya öz əksini tapır.

Böyük Britaniyada 2011-2018-ci illər ərzində İslamofobiya 415 dəfə artıb. İngiltərə hökuməti 2017-2018-ci illərdə dini motivli hücumların 2015-2016-cı illərlə müqayisədə 40 faiz artdığını açıqlayıb. Bununla yanaşı, məscidlərə hücumların sayı da 50 faiz çoxalıb. Fransada “Collectif contre l’islamophobie en France” təşkilatı ötən illərlə müqayisədə müsəlmanlara qarşı hücumların 52 faiz artdığını qeyd edir. Avstriyada “İalamofobiya və Müsəlmanlara qarşı irqçilik” təşkilatı 2018-ci il hesabatında müsəlmanlara qarşı hücumların 74 faiz artdığı yer alır.

Ötən il müsəlmanlara qarşı törədilmiş hücumlardan bir neçəsi:

Finlandiyada 3 gənc bir pakistanlı miqranta 20-30 bıçaq, çoxsaylı balta zərbələri endirərək, yaralayıb;
İngiltərədə 3 gənc oğurladıqları maşını məqsədli şəkildə Londonun Cricklevood bölgəsində yerləşən “Al-Majlis Al-Hussain İslami” Mərkəzinə gedən müsəlmanların üzərinə sürərək, 3 nəfəri yaralayıb;
Fransada ötən il yüzlərlə din xadimi, müsəlman qadın və məscidlərə hücum hazırlığı həyata keçirən AFO (Action of Operational Forces) kimi sağçı qruplar müsəlmanlara qarşı terror çağırışları ediblər;

Bütün bunlar Avropada, demokratiyanın beşiyi adlandırılan ölkələrdə baş verənlərdir. Bu Avropaya inteqrasiya etmək, yoxsa, multikulturalizm kimi bəşəri dəyərlərin inkişafı ilə onlar üçün nümunə olmaq yaxşıdır?! / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...