Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Sudan “Əlcəzirə”ni ölkədən qovdu

“Əlcəzirə” televiziyasının bu ölkədəki bürosu bağlandı.

Sudan Hərbi Şurası Qətərin “Əlcəzirə” televiziyasının jurnalistlərini akkreditasiyadan məhrum edib, eləcə də televiziyanın ölkədəki bürosunu qapadıb.

Din.az xəbər verir ki, “Əlcəzirə” ilə bağlı qərarı Şura bu gün verib. Qərardan dərhal sonra hərbçilər televiziyanın bürosuna daxil olublar.

“Əlcəzirə” isə öz növbəsində Xartumun qərarını kəskin tənqid edib.

Qeyd edək ki, televiziyanın Sudandakı ofisinin bağlanması haqqında qərar “Əlcəzirə”nin hüquq-mühafizə orqanlarının nümayişçiləri yaralaması ilə bağlı görüntüləri yaydıqdan dərhal sonra qəbul edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...