Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Sülh çeşməsi” II Qaregində “qorxulu xatirə” oyadırmış

Türkiyə tərəfindən gerçəkləşdirilən əməliyyat guya milli azlıqlara hücum təhdidi yaradır.

Beynəlxalq ictimaiyyət Türkiyənin Suriyadakı fəaliyyətinə diqqət yetirməlidir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu bəyanatı Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin deyib. O, Türkiyənin “Sülh çeşməsi” əməliyyatının beynəlxalq nizama qarşı olduğunu bildirib.

Qaregin Türkiyə tərəfindən gerçəkləşdirilən əməliyyatın guya milli azlıqlara hücum təhdidi yaratdığını və Suriya ermənilərində “erməni soyqırımı”yla bağlı xatirələri yenidən oyatdığını söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan da Türkiyənin “Sülh çeşməsi” əməliyyatını qınamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...