Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SULTANƏHMƏD MƏSCİDİ İLƏ KƏBƏ ARASINDA MARAQLI ƏLAQƏ – FOTOLAR

Dünyaca məşhur olan Sultanəhməd Məscidinin əsl hekayəsi…

İstanbulun göz oxşayan dini məbədlərindən, Osmanlı Dövlətinin ən böyük miraslarından biri Sultanəhməd Məscididir. İznik çiniləri ilə bəzədilmiş olduğu üçün Avropalılar tərəfindən Mavi Məscid (Blue Mosque) adlandırılan məscidin əsl hekayəsi isə olduqca maraqlıdır.

Din.az Moderator.az-a istinadən dünyaca məşhur olan Sultanəhməd Məscidinin əsl hekayəsini təqdim edir.

Rəvayətə görə, o dövrün padşahı olan I Əhməd tikdirmək istədiyi məscidin memarı Sedefkar Məmməd Ağaya minarələrin qızıldan düzəldilməsi əmrini verir. Amma qızıldan düzəldiləcək minarənin dövlət büdcəsini aşacağını bilən Məmməd Ağa bu əmri guya yanlış eşidərək, “altın” sözündən “altı” edərək məscidi 6 minarəli tikdirir.

Əfsanə bir tərəfə, əzəmətiylə hamını sehrləyən məscid, heyranlıq doğurduğu qədər sərt reaksiyalara da səbəb olur. Çünki o dövrdə altı minarəsi olan yeganə məbəd Kəbə idi və bu vəziyyətin müqəddəs məkana hörmətsizlik olduğu ifadə edilir.

Vəziyyət belə olduqda padşah memarı hüzuruna çağıraraq məscidin neçə minarəli olduğunu soruşur. “Altı” cavabını alan padşah Kəbənin neçə minarəsi olduğunu soruşduqda memar vəziyyəti anlayır və Kəbəyə doğru yola düşür. İki il sonra padşahın hüzuruna çıxan memar Kəbənin artıq yeddi minarəsi olduğunu deyir. Bu vəziyyət Kəbənin minarələrinin hörmət məqsədilə riyazi olaraq Sultanəhməd Məscidindən çox olmasını göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...