Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Sultanı yedilər, Ərdoğanı yem etməyəcəyik – Oğlu

“Ölkəni müstəqil, milli siyasətlə idarə etməyə çalışan liderə qarşı iftiralar atılır”.

Sultan Əbdülhəmidi yedilər, amma biz Rəcəb Tayyib Ərdoğanı yem etməyəcəyik.

Din.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Osmanlı sultanı II Əbdülhəmidin ölümünün 100-cü ili münasibəti ilə etdiyi çıxışda söyləyib.

“Əbdülhəmidlə bağlı çoxlu sayda iftiralar atıldı. Yaxın zamanlarda ölkəmizdəki qəzetlərdə gördüyümüz şeyin bənzərlərini həm də dünya mediasında görmüşdük. Demək ki, nə zaman bu ölkədə ortaya bir lider çıxıb, ölkəni müstəqil, milli siyasətlə idarə etməyə çalışsa, bu iftiralar ona atılır, küçə hadisələri, tələbələrin toqquşmaları baş qaldırır. Əbdülhəmidə “qızıl sultan”, “firon”, “oğru” dedilər və hətta sui-qəsdə də cəhd etdilər. Xalqın ona qarşı qiyam qaldırması üçün əllərindən gələni etdilər. Bunlardan bir şey alınmayanda bu gün də ən böyük zəifliyimizdən biri olan, ağlını, könlünü “qərbləşmə” adı ilə başqalarına təslim edən intellektualları ortaya atdılar. Özlərini müasir hesab edənlər Əbdülhəmidi devirdilər. 10 ildə imperatorluğu yerlə bir etdilər. Əbdülhəmidin o zaman imperializmin təkərinə çomaq soxması Ərdoğanın bu gün “Dünya 5-dən böyükdür” hayqırışını ağla gətirir. Əbdülhəmidi anlamaq Türkiyənin son 15 ilini, AKP iqtidarını, Ərdoğanı anlamaq deməkdir. Qüdsün işğal olunması üçün Əbdülhəmid getməli idi. Müsəlman ölkələrinin müstəmləkəyə çevrilməsi üçün onu öz övladlarının yeməsi gərək idi. Əbdülhəmidi yedilər, amma biz Ərdoğanı heç kimə yem etməyəcəyik”, – deyə o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...