Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Süni intellekt insan fikrini anlayacaq

Alimlər insanın nə barədə fikirləşməsini ehtimal edən dərin təlim alqoritmi hazırlayıblar.

ABŞ-ın Karnegi-Mellon Universitetinin alimləri baş-beyinin sintiqrafiyasını analiz edərək insanın nə barədə fikirləşməsini ehtimal edən dərin təlim alqoritmi hazırlayıblar. Beyinin göndərdiyi siqnalların interpretasiyası süni intellektə hətta mürəkkəb cümlələri başa düşməyə imkan verir. 

Din.az bildirir ki, tədqiqatçılar kompüter təlimi alqoritmlərini funksional maqnit-rezonans tomoqrafiyası üçün cihaz vasitəsilə toplanan məlumatlarla təchiz ediblər. Onları öyrənən süni intellekt beyinin bu və ya digər fikirlərin yaradılması üçün istifadə etdiyi zəncirvarı xətti müəyyən ardıcıllıqda qurub.

Məlumata görə, beyinin ümumilikdə ayrı-ayrı insanlara, yerə və ya fiziki hərəkətlərə təxminən 240 reaksiyası müəyyənləşdirilib. Alqoritmlər onlara məlum reaksiyaları maqnit-rezonans tomoqrafiyası məlumatları ilə müqayisə edərək hazırda insanın nə barədə düşünməsini anlamağa çalışıblar. Alimlərin təəccübünə baxmayaraq fərziyyələrin dəqiqliyi çox yüksək (87 faizədək) olub. Bundan başqa, süni intellekt əməliyyatı əks istiqamətdə apararaq maqnit-rezonans tomoqrafiyası fotoşəkilində insandan alınan cümləni göstərib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...