Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Sürət həddini aşan din xadimi dəhşətli şəkildə öldü… – FOTOLAR

Müqəddəs Pokrov kilsəsinin keşişi faciəvi şəkildə ölüb.

Avtomobili sürətlə idarə edən din xadimi dəhşətli qəzada həyatını itirib.

Din.az xəbər verir ki, faciəli olay Kirov şəhəri yaxınlığında baş verib. Sovetski şəhərindəki Müqəddəs Pokrov kilsəsinin keşişi Mixail Kovalskiy “Audi” markalı avtomobildə gedərkən qarşıda hərəkət edən maşını ötməyə qərar verib. Yüksək sürətlə əks hərəkət zolağına çıxan din xadiminin avtomobili “Freightliner” markalı yük maşını ilə qarşı-qarşıya gəlib. Nəticədə M.Kovalskinin maşını iki hissəyə bölünərək tamamilə əzilib. Olay yerinə gələn xilasedicilər sürücünü xüsusi vasitələrlə əzilmiş metal yığnağı arasından çıxarda bilsələr də, 35 yaşlı din xadimi artıq həyatını itirmiş olub. Müvafiq dini və dövlət qurumları din xadiminin ölümünü təsdiqləyərək yaxınlarına başsağlığı veriblər. Keşişin xanımı və üç övladı qalıb. / Moderator.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...