Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Suriya BMT TŞ-ni koalisiyanın dinc kəndləri bombardman etməsini pisləməyə çağırıb

“Qərb koalisiyası aviasiyasının Deyr-əz-Zor əyalətinə hücumlarını pisləməlidir”.

Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü BMT Təhlükəsizlik Şurasına (TŞ) məktub göndərərək, Qərb koalisiyası aviasiyasının Deyr-əz-Zor əyalətinə hücumlarını pisləməyi tələb edib.

Din.az “Report”a istinadən xəbər verir ki, xarici siyasət idarəsinin məlumatında qeyd edilir ki, son iki gündə Əl-Kaşkiyə və Əş-Şəfa yaşayış məntəqələrində 20 nəfər aviazərbələrin qurbanı olub. Onların arasında uşaqlar da var.

Respubilka XİN-i BMT TŞ-ni Qərb koalisiyasının Suriyaya aqressiv hücumlarının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...