Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Suriya ərəb birliyinə qayıdır – İraqdan dəstək

“Vacib olan Suriyada terrorizm üzərində qələbədir”.

İraq Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyünün bərpa edilməsini dəstəkləyir.

Din.az bildirir ki, bu sözləri İraq Xarici İşlər naziri Məhəmməd Əli Hakim Tvitter mikrobloqunda deyib.

O əlavə edib ki, vacib olan Suriyada terrorizm üzərində qələbə, sərhəd-buraxılış məntəqələrinin açılması və iki ölkə arasında ticarətin genişləndirilməsidir.

Qeyd edək ki, 2011-ci ildə üzvlük haqqı dondurulan Suriyanın yenidən ərəb birliyinə qayıtması gündəmdədir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...