Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Suriya ilə Şimali Koreya arasındakı əlaqələr üzə çıxdı

Koreya Suriyaya dəstək oldu.

Koreya Xalq Demokratik Respublikası Suriyaya kimyəvi silahların hazırlanması üçün ləvazimatlar göndərib.

Din.az-ın bildirdiyinə görə BMT mütəxəssisləri tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, 2012-2017-ci illər arasında Suriyaya ümumi çəkisi 50 ton olan azı 40 dəfə yük daşınıb. Vaşinqton post qəzetinin məlumatına görə, yüklərin daşınmasını Çin və digər ölkələrə məxsus gəmilər həyata keçirib.
Pxenyan bu ticarət vasitəsiylə əldə etdiyi vəsaiti nüvə və ballistik raket proqramlarının inkişafına xərcləyir. Məsələ barədə açıqlama verən BMT-nin rəsmi nümayəndəsi Stefan Dujarrik isə bildirib ki, hesabat hələlik rəsmi olaraq yayımlanmayıb. Məlumatlar rəsmən açıqlandıqdan sonra bu barədə ətraflı danışmaq olar. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...