Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Suriya İsrailin İŞİD-ə dəstək verdiyini sübut etdi

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.

Din.az bildirir ki, Suriya hakimiyyəti İsrail rejimini İŞİD terror təşkilatına dəstək verməkdə ittiham edib. Bu ittihamlar, Suriya ordusunun hərbçiləri İŞİD terrorçularından azad etdikləri ərazilərdə İsrail istehsalı olan silahlar, güllələr və rabitə vasitələri aşkar etdikdən sonra səsləndirilib.

Məlum tapıntılar arasında pulemyotlar, 800-ə yaxın artilleriya mərmisi, həmçinin 10 minə yaxın gülllə də var.

İŞİD-in “İsrail” arsenalı Həma və Homs əyalətlərinin sərhədində aşkar edilib. Rusiya Hava-Kosmik Qüvvələri tərəfindən dağıdılmış terrorçulara məxsus yeraltı tunellər şəbəkəsi də məhz burada olub.

Qeyd etmək lazımdır ki, Suriya hökumətinə qarşı mövqe sərgiləyən İsrailin rejiminin İŞİD terrorçularına dəstək verdiyini sübut edən dəlillər bundan öncə də dəfələrlə üzə çıxıb. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...