Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Suriya rejimi bayramda da bombalayır

Özünün elan etdiyi atəşkəsi bir neşə saat davam etdirən Suriya rejimi yenidən sakinlərin yaşadığı bölgələri bombalamağa başlayıb. “Din.az” xəbər verir ki, Suriya rejimi və Rusiyaya aid döyüş təyyarələrinin Hələb şəhərində müxaliflərin nəzarətində olan bölgələrə edilən hücumlarda 22 nəfər həyatını itirib. Mülki müdafiə səlahiyyətlilərindən əldə edilən məlumata görə, Suriya rejimi və Rusiya gücləri dünən ölkə miqyasında […]

Özünün elan etdiyi atəşkəsi bir neşə saat davam etdirən Suriya rejimi yenidən sakinlərin yaşadığı bölgələri bombalamağa başlayıb.

“Din.az” xəbər verir ki, Suriya rejimi və Rusiyaya aid döyüş təyyarələrinin Hələb şəhərində müxaliflərin nəzarətində olan bölgələrə edilən hücumlarda 22 nəfər həyatını itirib.

Mülki müdafiə səlahiyyətlilərindən əldə edilən məlumata görə, Suriya rejimi və Rusiya gücləri dünən ölkə miqyasında Ramazan Bayramı münasibəti ilə edən adilən 72 saatlıq atəşkəsi pozub və Hələbin bir neçə bölgəsini bombalayıb.

Hələbin Biadin, Tarik əl-Bab, Salihiyin, Cezmatiy səmti, Etraib mahalı ilə Kafr Hələb ərazisində məskunlaşan yerlərdə rejim və Rusiya döyüş təyyarələrinin bombalaması nəticəsində aralarında qadın və uşaqların da olduğu 22 sivil vətəndaş həyatını itirib.

Bombalı hücumlarda çoxlu sayda binaların dağıldığına diqqət çəkən səlahiyyətli şəxslər, yerli sakinlərin dağıdılan evlərin altından çıxartmağa çalışdıqlarını qeyd ediblər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...