Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Suriyada atəşkəs yoxdur

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.

Hələb şəhərinin rejim tərəfdarı olan qüvvələrin əlinə keçməsindən sonra nəzərlər İdlib şəhərinə çevrilib.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya və Türkiyənin vasitəçiliyilə əldə edilən atəşkəsə baxmayaraq, 3 yanvarda rejim ordusunun bölgədə hava əməliyyatı həyata keçirdiyi qeyd edilib.

hasdi-sabi1

Hələbdən çıxan müxalif döyüşçülərin demək olar ki, hamısı İdlip şəhərinə keçib. Hazırda bütün ölkədə müxaliflərin məskəni olan İdlib, Suriya vətəndaş müharibəsində müxaliflərin əlində qalan son böyük şəhərdir.

Yerli mənbələr atəşkəs razılığından sonra Sarmada bölgəsinə təşkil edilən hava əməliyyatlarında Şamın Fəthi Cəbhəsinin hədəf alındığını və ən azı 25 nəfərin öldüyünü bildiriblər. İdlib şəhərindəki hücumlarda döyüşçü və mülki vətəndaş fərqi qoyulmadan yerli əhalinin hədəf alındığı, beləliklə, müharibənin hələ də davam edəcəyi qeyd edilib.

İdlib bölgəsində ən güclü qruplardan biri olan əl-Nusra, 2016-cı ildə Şamın Fəthi Cəbhəsi adını alaraq əl-Qaidədən ayrıldığını elan etmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...