Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Suriyada azərbaycanlı İŞİD-çi ələ keçib  – VİDEO

İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb.

Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb.

Din.az Axar.az-a istinadən bildirir ki, o, YPG kürd dəstələri tərəfindən saxlanılıb.

İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır.

Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.

Terrorçu qeyd edir ki, Suriya sərhədini keçmək çox asandır. Belə ki, “orada çoxlu qaçaqmalçı var”:

“Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar”.

R. Maksimovdan əlavə, videomüsahibədə daha iki İŞİD-çi dindirilir.

Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adının açıqlanmasını istəməyən Almaniya vətəndaşıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...