Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Suriyada erməni taboru yaradıldı – Türkiyəyə qarşı yeni plan

Suriyanın şimalında 150 min xristian köç təhlükəsi qarşısında qalıb.

Təl Abyad və Rəsulayn bölgəsindəki kilsələrə silahlı hücum edərək xristianları hədəfə gətirmək istəyən Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyəyə qarşı təxribatçı plan baş tutmadıqdan sonra yeni həmlə edib.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, SDQ bu dəfə Haseke vilayətində yaşayan süryaniləri silahlı qarşıdurmanın ön xəttinə çəkib.

Təşkilatdan verilən açıqlamada süryanilərin Əl Hala bölgəsində yerləşdirildiyi bildirilib. Habelə digər xristian qrupların da ön xəttə çəkildiyi qeyd edilib. Türk ordusu bölgədə anti-terror əməliyyatlarına başladıqdan sonra süryanilərin bir hissəsi SDQ-dən ayrılmışdı.

Aprel ayında Təl Temrdə ermənilər tərəfindən qurulan Nübar Ozanyan Taboru terror təşkilatı da SDQ-nin yeni planına daxil edilib. Erməni təşkilatı Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əməliyyat bölgəsinin ön xəttinə dislokasiya olunub. Həmin taborun əvvəlcə Rəsulaynda yerləşdirildiyi, lakin ABŞ və Türkiyənin anlaşmasından sonra Təl Temrə geri çəkildiyi bildirilib.

ABŞ-ın CBN telekanalının yaydığı xəbərdə Türkiyə və ASO-nun Suriyada etnik xristianları hədəf aldığı dezinformasiyanı yayımlayıb. Məlumatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə hədəf göstərilib:

“Ərdoğanın hücumları səbəbindən Suriyanın şimalındakı 150 min xristian köç təhlükəsi qarşısında qalıb”.

ABŞ-ın “National Review” hərbi-texniki jurnalı da Türkiyəni hədəf alıb. Mənbə Türkiyənin ABŞ və Rusiya ilə anlaşmasına baxmayaraq, xristian kəndlərini hədəf aldığı iddia edilib.

Türkiyə Müdafiə Nazirliyi isə əməliyyatlar çərçivəsində Təl Abyad və Rəsulayndakı xristian kilsələrinin zərər görmədiyini açıqlayıb.

Açıqlamada əməliyyatlar başlamazdan əvvəl PKK/YPG terror təşkilatlarının bölgədəki xristian azlıqları hədəf aldığı bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...