Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Suriyada önəmli QƏRAR: Putinin tapşırığı yerinə yetirildi

Şərqi Quta bölgəsində “humanitar pauza” rejimi qüvvəyə minib.

Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən Şərqi Quta bölgəsində “humanitar pauza” rejimi qüvvəyə minib.

Din.az xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a kimi gündəlik “humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə ərazidə əməliyyatlar keçirilməyəcək.

Humanitar dəhlizin çıxışında təhlükəsizliyi Rusiya hərbi polisi və Suriya ordusunun hərbi qulluqçuları təmin edəcək. Humanitar dəhlizin ətrafında Al-Duveyr qəsəbəsində mobil tibb məntəqəsi fəaliyyət göstərəcək. Ərazidən çıxarılan dinc sakinlərin nəqli üçün avtobuslar ayrılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...