Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Suriyada onlarla “qadın kölələrin” məzarlığı tapılıb

İŞİD tərəfindən öldürülmüş onlarla qadın kölələrin cəsədi tapılıb.

Suriyanın şərqində, Əl-Bəquz rayonunda təmizləmə işləri aparıldıqda döyüşçülər İŞİD tərəfindən öldürülmüş onlarla qadın kölələrin cəsədi basdırılan məzarlıq aşkar ediblər.

Din.az-ın xəbərinə əsasən, bu haqda Reuters “Demokratik Suriya Qüvvələrinin” (DSQ) komandiri Adnan Əfriniyə istinadən bildirir.

Öldürülənlərin hamısı 2014-cü ildə İraqın şimal-qərbində yerləşən Sincar kürd rayonuna terrorçuların hücumu zamanı əsarətə götürülüb. Qadınların çoxu yezidi olub.

Daha öncə verilən məlumata əsasən, DSQ-yə dəstək olan Britaniya hərbçiləri Əl-Bəquzda 50 yezidi qadının cəsədini aşkar ediblər.

Fevral ayının 27-dən humanitar dəhliz vasitəsilə buradan 9000-dən çox adam çıxarılıb. Onların arasında həm dinc əhalinin nümayəndələri, həm də əsarətə götürülmüş döyüşçülər olub. / İslaminsesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...