Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Suriyada tanınmış alim partladıldıBəşər Əsədin yaxın adamlarından sayılan tanınmış alim Əziz Asbar qətlə yetirilib

Suriyada tanınmış alim partladıldı …

Suriyanın Masyaf şəhərində ölkə prezidenti Bəşər Əsədin yaxın adamlarından sayılan tanınmış alim Əziz Asbar avtomobildə partladılaraq öldürülüb.

Din.az xəbər verir ki, bu barədə İsrailin Walla portalı məlumat yayıb.

Nəşrin məlumatına əsasən, partlayış Asbar evinin yanında avtomobilinə əyləşərkən baş verib. Hadisə nəticəsindəm alimin sürücüsü də ölüb.

Bildirilir ki, partlayışa görə məsuliyyəti Əbu Amar adlı ekstremistin başçılıq etdiyi qruplaşma öz üzərinə götürüb. Lakin yerli jurnalistlər hesab edirlər ki, qətlin arxasında xarici xüsusi xidmət orqanları dura bilər.

Qərbin iddiasına görə, Masyaf şəhərində kimyəvi silahın hazırlandığı elmi-tədqiqat mərkəzi yerləşir. Portal qeyd edir ki, Mərkəzə Asbar rəhbərlik edirdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...