Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Suriyada uşaqlar üçün ölüm düşərgəsi… – Generaldan şok açıqlama

“Düşərgədə hər gün 10-20 nəfər həyatını itirir”.

Suriyanın şimalında yerləşən Əl-Xol düşərgəsində 235 uşaq həyatını itirib.

Din.az xəbər verir ki, bu haqda jurnalistlərə Rusiyanın Suriyadakı hərbi nümayəndəsi, general-mayor Viktor Kupçişin məlumat verib.

ABŞ liderliyindəki koalisiyanın nəzarətindəki düşərgədən qaçan bir qadının burada qeyri-insani vəziyyətin hökm sürməsindən danışdığını bildirən general deyib:

“Düşərgədə hər gün 10-20 nəfər həyatını itirir. Aralarında uşaqlar da var. Son bir həftə ərzində dərman və qida çatışmazlığı, həmçinin digər qeyri-insani şərtlər səbəbindən 7 uşaq ölüb. Ümumilikdə Əl-Xol düşərgəsində bu günədək 235 azyaşlı həlak olub”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...