Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Suriyada və İraqda terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Həsrət Əliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edildi.

Bakı Ağır Cinayətlər Məhkəməsində radikal-dini ekstremist cinayətkar birliyə üzv olmaqda, Suriya, İraq dövlətlərində təlim və döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin məhkəmə iclası davam etdirilib.

Din.az bildirir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, çıxışında Həsrət Əliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Həsrət Əliyevin həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...