"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Suriyalı miqrantlara suda üzmək öyrədilir

Share Button

Miqrantların suya olan qorxuları elə suda onlara unutdurulur…

Yunanıstanın Midilli adasındakı Qara Təpə düşərgəsində yerləşdirilən miqrantlara suda üzmə dərsləri verilir.

“Din.az”ın “Euronews”a istinadən verdiyi məlumata görə, “Lifeguards Hellas” adlı qeyri-hökumət təşkilatının başlatdığı kompaniya ilə can qurtaranlar düşərgədə qalanlara həm üzməyi, həm də dənizlə bağlı pis xatirələrinin öhdəsindən gəlməyi öyrədirlər. Təlim verən müəllimlərdən biri olan Lia Stavropoilou uşaqlarla birlikdə əldə etdikləri naliyyətləri bu cür dilə gətirib:

“Əvvəlcə onları anaları təşviq edir. Biz burda onları suya öyrəşdirməyə çalışırıq. Onları dənizə soxmağı bacardıq”.

Bu dərslər, temperaturun 40 dərəcəni keçdiyi adada qalan immiqrantların sərinlənməsinə də kömək olur. Ancaq keçmiş günlərdən qalan xatirələri silmək üçün suda üzməyi tədris etmək elə də asan olmur. Suriyalı miqrant Fatma Hariri hislərini belə izah etdi:

“Əlhəmdülillah Yunanıstandayam. Çox xoşbəxtəm. Səyahət boyunca dənizdə çox ağladım. İndi də hərdən ağlayıram. Bura gəldiyim zaman etdiyim səfər yadıma düşür və göz yaşlarımı saxlaya bilmirəm”.

Təşkilat, hər gün düşərgədəki 50-70 nəfər uşağı dənizdə üzdürdüyünü bildirir.

Düşərgədə yaşayan 1500 miqrantın 60 faizi uşaqdır.

246160

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir