Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Suriyalı müəzzinin bombalara meydan oxuyan AZAN SEVDASI

Bu məscid məndən və sahib olduğum hər şeydən daha dəyərlidir”

Hava hücumlarının və qarşıdurmaların tozu dumana qatdığı Suriyada bir müəzzin böyük sevgi ilə keşiyində durduğu min illik məsciddən işıqlı sabahı üçün azanlarını yüksəltməyə davam etdirir.

“Din.az” xəbər verir ki, ölkədəki savaşa, müharibəyə və yaşanan acılara baxmayaraq, paytaxt Şamın Şərqi Qutadakı Kəfər Batna məscidinin minarəsindən 20 ildir insanları namaza çağırmaq vəzifəsini 47 yaşlı Halil Halave böyük bir sevgi ilə davam etdirir. Allahın evi ilə arasında qurduğu əlaqəni “bu məscid məndən və sahib olduğum hər şeydən daha dəyərlidir. 2 il bundan əvvəl buranı bombaladıqları zaman və sütunu yıxılanda bədənimin bir hissəsinin qopduğunu hiss etdim. Yaşadığım hüzn və kədər bu planetə sığmır” deyə sözlərlə hisslərini izah edib.

Gözyaşlarını tuta bilməyən Halave, Şərqi Qutadakı mühasirəyə, göy üzündən yağan bombalara fikir vermədən, son nəfəsinə qədər vəzifəsini yerinə yetirəcəyini və məscidə xidmət edəcəyini söyləyib.

Bir gün belə təxirə salmadan oxuduğu azanlarla, yaşadığı Kəfər Batna mahalının simvollarından biri kimi tanınan Halave, vaxtının çox hissəsini məscidin xidməti, təmizliyi və baxımı ilə maraqlanaraq keçirir. Gün boyu məscidin bütün işləri ilə məşğul olan, həyətindəki yaşıllıq və çiçəkləri sulayan Halave, həyat yoldaşı və uşaqları onu çox görə bilmədikləri üçün ailəsinin narazılığına məruz qalır.

Halave, Şərqi Qutanın ən qədim məscidlərindən biri olan və min illik bir tarixə sahib Kəfər Batna məscidinin ölkədəki qarşıdurmalar zamanı zərbə aldığını bildirib. Məscidin sütununun 2014-cü ildə hava hücumları zamanı dağıdıldığını, bir il sonra da məscidin ətraf ərazilərinin bombalandığını deyən Halave “bombalar düşdüyü zaman ikindi namazında idik. Heç kimə bir şey olmadı. Məsciddə bəzi kiçik xəsarətlər meydana gəldi. Suriyadakı barbar rejimdən başqa kim məscidləri bombalayar ki?” ifadələrini işlədib.

Məsciddəki təmir işlərinin kasıb insanların yardımları ilə edildiyini deyən Halave, bunun məscidə çox fərqli bir mənəviyyat qatdığını, camaatın daha da çoxaldığını, insanların burda hüzur və inam duyduğunu bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...