Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Suriyalılar ən çox hansı ölkələrə səfər ediblər? – Siyahı

Suriyalıların çoxu Yaxın Şərqdə qalmağı üstün tutdu.

2011-ci ildən bəri davam edən Suriya böhranı səbəbindən 13 milyon suriyalı evini tərk edib.

Din.az xəbər verir ki, bu barədə ABŞ-ın “Pyu” araşdırma şirkəti məlumat yayıb. Suriyalıların çoxu Yaxın Şərqdə qalmağı üstün tutub, təxminən 1 milyonu da Avropaya gedib. Suriyalıların əksəriyyəti isə Türkiyəyə mühacirət edib.

Türkiyəyə Suriyadan 3,4 milyon miqrant gedib, 1 milyonu Livana, 660 mini İordaniyaya, 250 mini İraqa, 500 mini Almaniyaya, 110 mindən çoxu İsveçrəyə, 50 mini isə Avstriyaya sığınıb. 6 milyon suriyalı isə ölkə daxilində yerdəyişmələr edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...