Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Suriyalılar evinə QAYIDIR: 250 min insan…

İndiyə qədər doğma yurd-yuvalarına 1 milyon 472 637 suriyalı qayıdıb.

Suriya qaçqınlarının 250 min nəfəri ölkəsinə qayıdıb.

Din.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Milli Müdafiə İdarəetməsi Mərkəzinin rəhbəri Mixail Mizinsev bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Suriyanı tərk edən vətəndaşları ölkəsinə qaytarmaq üçün həyata keçirilən kampaniya nəticəsində, ümumilikdə, bu günədək doğma yurd-yuvalarına 1 milyon 472 min 637 nəfər dönüb: “Onlardan 1 milyon 230 min 342 nəfəri məcburi köçkün, yəni ölkənin başqa bölgələrinə üz tutanlar, 242 min 295 nəfəri isə xarici ölkələrə pənah aparanlardır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...