Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Suriyalılar kütləvi şəkildə vətənlərinə qayıdır

“Təqribən 1,8 milyon Suriya vətəndaşı öz doğma yerlərinə qayıdıb”.

Onların qayıdışı Rusiya və Suriya tərəflərinin birgə səylərinin nəticəsidir.

Təqribən 1,8 milyon suriyalı qaçqın vətənlərinə qayıdıb.

Din.az xəbər verir ki, bu haqda məlumat Rusiya və Suriya idarələrarası koordinasiya qərargahlarının bazar ertəsi dərc etdiyi birgə bəyanatında verilir.

“Rusiya və Suriya idarələrarası koordinasiya qərargahlarının birgə səyləri nəticəsində suriyalı qaçqınların daimi və ya müvəqqəti yaşayış yerlərinə mütəşəkkil və kütləvi şəkildə qayıdışının aktivləşdirilməsi üzrə böyük bir kompleks vəzifələrin öhdəsindən gələ bilmişik. Hazırda təqribən 1,8 milyon Suriya vətəndaşı öz doğma yerlərinə qayıdıb”, – deyə bəyanatda bildirilir.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...