Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Suriyalılar Ramazan bayramı üçün ölkələrinə gedir

Share Button

Sərhəd Qapısından çıxışlar bu gün səhərdən başlayıb

Ramazan bayramını yaxınları ilə bayramlaşmaq üçün ölkələrinə qeri qayıtmaq istəyən suriyalılar Hatayın Reyhanlı mahalı Cilvəgözü Sərhəd keçid məntəqəsindən keçməyə başlayıb.

“Din.az” xəbər verir ki, vətəndaş müharibəsinin 6-cı ilində Türkiyədə yaşayan suriyalılar ölkələrindəki yaxınlarını ziyarət edib bayramlaşmaq üçün bu gün səhər saatlarında Türkiyənin Cilvəgözü Sərhəd darvazasına gəlib.

Əvvəlki illərdə yaşanan həddən artıq izdihamın qarşısını almaq məqsədi ilə Jandarma və Gömrük Mühafizə Müdirliyi tərəfindən geniş təhlükəsizlik tədbirləri alınıb. Suriyalıların təhlükəsizlik xidmətinin əməkdaşlarına Türkiyədə qaldıqlarını təsdiq edən xarici sənədi göstərib qeydiyyatdan keçdikdən sonra Suriyaya keçmələrinə icazə verilir.

Cilvəgöze Sərhəd Qapısından çıxışlar bu gün səhərdən başlayıb. Çıxışlar bayramın ilk günü də davam edəcək. Suriyalıların bayramlaşmaq üçün ziyarəti bayramın 2-ci və 3-cü günləri həyata keçirilməyəcək.

Bayramlaşmağa gedənlərin isə 15 gün ərzində ziyarəti tamamlanmış olacaq.

cilvegozu-sinir-kapisi-suriyelilere-acildi-6908906_x_o

cilvegozu-taksici

cilvegozu-sinir-kapisinda-teslim-olan-suriyeli-tutuklandi

191851

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir