Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Suriyalılar Türkiyədən çıxarılır? – Nazir açıqladı

“Suriyadan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 165 min miqrant saxlanılıb”.

Qoruma statusu olan suriyalıların deportasiya edilməsindən söhbət belə gedə bilməz.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. O, Türkiyədə dövlətin himayəsi altında olan miqrantlara toxunulmayacağını bildirib.

“Müvəqqəti qoruma statusuna malik heç bir suriyalının, beynəlxalq qoruma statusu ilə ölkəmizdə olan heç bir əcnəbinin və ya yaşayış icazəsi olan hər hansı bir şəxsin deportasiya edilməsi mümkün deyil”, – o bildirib.

Soylu bu ilin əvvəlindən indiyə qədər Suriyadan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 165 min miqrantın saxlanıldığını, bu rəqəmin ilin sonuna qədər 300 mini keçəcəyini söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...