Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Suriyalılar yenə Türkiyəyə axışır, beton hasarlar da kömək etmir – VİDEO

İnsanlar beton divarı aşmaq üçün bütün təhlükələrə baxmadan nərdivanlardan istifadə edirlər.

Türkiyə qaçqın axınının qarşısını almaq üçün sərhəddə eni 2, hündürlüyü 3 metrə çatan beton divarlar qurub

Suriyada davam edən hərbi əməliyyatlar bu ölkədən Türkiyəyə qaçqın axının gücləndirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin iki ölkə arasında hördüyü beton divarlar belə, suriyalı qaçqınların qarşısını ala bilmir. İnsanlar beton divarı aşmaq üçün bütün təhlükələrə baxmadan nərdivanlardan istifadə edirlər.

Türkiyə qaçqın axınının qarşısını almaq üçün sərhəddə eni 2, hündürlüyü 3 metrə çatan beton divarlar qurub. Hər beton blokunun ağırlığı 7 tona çatır. Nəzərdə tutulub ki, beton divarların üzərində tikanlı məftil çəkiləcək, müəyyən məsafələrdə kameralar quraşdırılacaq. Amma hələlik tikanlı məftillər çəkilmədiyindən, qaçqınlar ölkəyə daxil ola bilirlər.

Qeyd edək ki, iyunun 23-də Altınözü ilçəsi sərhədindən Türkiyəyə girən, İŞİD üzvü olan 5 terrorçu kamikadze də eyni yoldan istifadə ediblər.

blob:https://www.dailymotion.com/51349ecf-5cad-4315-8937-4b294a3b9f5b

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...