Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Suriyanın yenidən inşası yarım əsr çəkə bilər

Sülh sadəcə müharibələrə son vermək deyil …

BMT-nin baş katibinin soyqırımların qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Dieng-in Suriya haqqında dedikləri diqqət çəkib.

Din.az bildirir ki, açıqlamasında Adama Dieng “Suriyanın yenidən inşa edilməsi yarım əsr çəkə bilər” ifadələrini işlədib.

Bundan başqa, Adama Dieng açıqlamasında Türkiyə və Rusiyanın İdlib barışığını məmnunluqla qarşıladığını, bütün tərəflərin anlaşmaya əməl edəcəyinə ümid etdiyini bildirib.

Lakin sülhün sadəcə müharibələrə son vermək olmadığını və ölkədəki vəziyyətin normallaşdığı zaman sünni, şiə, ələvi, xristian kimi məzhəb ayrı-seçkiliyi yerinə, bütün suriyalıların ölkələrini yenidən inşa etməsinə xüsusi vurğulayıb

“Livanın yenidən inşaşı 25 ildən çox çəkdi və qorxuram ki, Suriyanın yenidən inşa edilməsi yarım əsri əhatə etsin”, – deyə Adama Dieng qeyd edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...