Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Suriyaya hücumla türkləri ruslardan ayırdıq” – Makron

“Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahları qınadı”.

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampı qoşunları Suriyadan çıxarmamağa inandırıb.

Din.az xəbər verir ki, bunu prezident Makron ölkə televiziyasına müsahibəsində bildirib.

O Suriyaya hücumla Türkiyəni Rusiyadan ayırdıqlarını da deyib:

“Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahları qınadı”.

Türkiyə baş nazirinin köməkçisi və sözçüsü Bekir Bozdağ Fransa dövlət başçsının açıqlamalarına münasibət bildirib.

“Türkiyənin Suriya siyasəti hər hansı bir ölkənin yanında və ya qarşısında olma siyasəti deyil, əksinə haqqın və həqiqətin yanında olması siyasətidir”, deyə Bozdağ vurğulayıb.

Makron müsahibəsində Trampı qoşunları Suriyadan çıxarmamağa və orada uzun müddət qalmasına razı saldığını da söyləyib.

Xatırladaq ki, Donald Tramp aprelin əvvəlində ABŞ-ın Suriyadan öz qüvvələrini çıxaracağını bildirib.

Ağ Ev isə Suriyadan hərbçilərin çıxarılması ilə bağlı planının dəyişmədiyini qeyd edib.

Hazırda ABŞ-ın Suriyanın şərqində 2 min hərbi qüvvəsi var. Onlar Suriya Demokratik Qüvvələri və kürdlərlə birlikdə İŞİD-ə qarşı mübarizə aparır.

Makron Əsəd qüvvələrinin Dumada aprelin 7-də kimyəvi hücum həyata keçirdiyi ilə bağlı aşkar sübutlarının olduğunu da açıqlayıb.

Suriya tərəfi isə bütün ittihamları qətiyyətlə rədd edir.

Bundan əlavə Fransa lideri Suriya hökumətinə hərbi dəstək verən Rusiyanın da buna görə məsuliyyət daşdığını vurğulayıb.

Qeyd edək ki, Makronun gələn ay Moskvaya rəsmi səfəri planlaşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...