Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şuşada “fars abidəsi” kimi təqdim edilən Azərbaycan məscidi “bərpa” edildi… – FOTO

Gövhər Ağa məscidində “bərpa” işləri başa çatır.

Memar S.Nahavandinin başçılığıyla iranlı mütəxəsislərin ermənilərlə birgə çalışmasından İran dövlətinin xəbəri yoxdur?..

Şuşada “erməni torpaqlarında İran mədəniyyətinin abidəsi” kimi təqdim edilən Gövhər Ağa məscidində “bərpa” işləri tamamlanmaq üzrədir.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu hada Xankəndindəki separatçı nəşrlər yazır. Xəbərdə daha sonra deyilir:

“Bərpa işlərini “Şərq tarixi irsinin bərpası” erməni fondu ”İKOMOS-Ermənistan” və “IKOMOS-İran” təşkilatlarının dəstəyi ilə həyata keçirir. Şuşadakı məscidin bərpası layihəsi memar Səid Nahavandinin rəhbərlik etdiyi İranlı mütəxəssislər qrupu tərəfindən hazırlanıb. S.Nahavandinin “Part Saman Jahan Co” şirkətinin əməkdaşları Ermənistan, İran, Rusiya və Avropa ölkələrinin arxivlərində, həm də yerində dərin və geniş tədqiqat işləri aparmışlar”. Nəticədə məscidin guya tam görünüşünü orijinal şəklində bərpa etməyə müvəffəq olublar…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...