Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şuşadan gətirilən 110 yaşlı Quran – FOTO

Azərbaycanın işğal olunmuş bölgələrindən gətirilən Quran kitabları nümayiş etdirilib.

Qədim Quran Araşdırmalar mərkəzi və “İbrət” İctimai Birliyinin təşəbbüsü ilə Əlyazmalar İnstitutunun binasında qədim Quran kitablarının sərgisini keçirilir.

Din.az bildirir ki, sərginin rəsmi açılışı ötən gün baş tutub. Tədbirdə Qafqaz Müsləlmanları idarəsinin rəhbərliyi, Dini Komitədən nümayəndələr, ilahiyyatçılar, tanınmış yazıçılar, ziyalılar iştirak edib.

Sərginin təşəbüskarlarından olan Nəhayət xanım Hüseynova əməkdaşımıza müsahibəsində bildirib ki, bu, onların sayca keçirdiyi beşinci belə tədbirdir: “Biz müasir demokratik dövlət olsaq da insanlarımız müsəlman, etiqadımız İslam dinidir. Xalqımız tarix boyu Quran kitabına böyük ehtiram göstərib. Sərgimizin məhz bu zalda keçirilməsi də təsadüfi deyil. Elmlər Akademiyasının Əlyazmalar İnistitutunun binasında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti yerləşib. Qədim Quran kitabları və əlyazmalarının sərgisinin təşkil edildiyi bu otaq isə ADR hökümətinin dövlət aktına imza atdığı məkandır”.

Sərgidə ümumilikdə 130-dan çox qədim Quran kitabı, İmamlarmızın buyurduqları hədislər, müxtəlif dini mətnlərdən ibarət tarixi nüsxələr və əl işlərindən düzəldilmiş suvenirlər təqdim olunur.

Sərgidə həmçinin Azərbaycanın işğal olunmuş bölgələrindən gətirilən Quran kitabları da nümayiş etdirilib. Şuşa şəhərindən gətirilən qədim Quran kitabının isə 110 yaşı var.

Təşkilatçılar tərəfindən sərginin daha 2 gün davam edəcəyi qeyd olunub. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...