Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Sutka ərzində 1,2 mindən artıq suriyalı öz ölkəsinə qayıdıb

474 qaçqın (142 qadın, 242 uşaq) öz ölkəsinə qayıdıb.

Ötən sutka ərzində 1 208 suriyalı öz ölkəsinə qayıdıb.

Din.az Trend-ə istinadən bildirir ki, Livandan “Ceydet-Yabus” və “Tel-Kalah” buraxılış məntəqəsindən 734 qaçqın(221 qadın, 374 uşaq), İordaniyadan “Nəsib” buraxılış məntəqsindən 474 qaçqın (142 qadın, 242 uşaq) öz ölkəsinə qayıdıb.

Ümumilikdə iyulun 18-dən xarici ölkələrdən öz ölkəsinə 24 049 suriyalı qayıdıb. Onlardan 20 712-si Livandan (“Ceydet-Yabus” buraxılış məntəqəsindən – 12 311, “Tel-Kalah” – 1 866, “Əl-Dabusiya” – 1 834, “Əl-Kusayr” – 854, “Zemrani” – 3 847), 3 337-si isə İordaniyadan “Nəsib” buraxılış məntəqəsi ilə öz vətəninə dönüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...