Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tac Mahalda müsəlmanlara namaz qadağası qoyuldu

İddia: “Aqrada bir çox məscid var. Namaz qılmaq istəyənlər orda ibadət edə bilərlər”.

Hindistanın Aqra şəhərindəki Tac Mahalda yerləşən məsciddə başqa şəhərlədən gələnlərin cümə namazını qılmaları qadağan edilib.

Din.az xəbər verir ki, bu barədə məlumat “Hindustan Times”da dərc edilib.

Xəbərdə deyilir ki, Hindistanın Ali Məhkəməsi ölkənin şimalında Uttar Pradeş əyalətinin Aqra şəhərində yerləşən Tac Mahaldakı məsciddə başqa şəhərlərdən gələn müsəlmanların cümə namazını qılmalarını qadağan edən qərar qəbul edib.

Məhkəmə səlahiyyətliləri qərarı vermələrinə səbəb kimi Tac Mahalın dünyanın 7 möcüzəsindən biri və qorunmasının vacib olduğunu açıqlayıb. Onlar “Aqrada bir çox məscid var. Namaz qılmaq istəyənlər orda ibadət edə bilərlər” ifadələrini işlədib.

Verilən qərara görə Tac Mahaldakı məsciddə cümə namazını qılmaq istəyən müsəlmanlar Aqrada yaaşdıqlarını sübut etmək üçün bu barədə sənəd göstərmək məcburiyyətində olacaqlar.

Qeyd edək ki, Tac Mahal Babur Şah tərəfindən qurulan Hind-Türk imperiyasının VI hökümdarı Şah Cihan tərəfindən 1631-ci ildə 14-cü övladlarını dünyaya gətirən zaman dünyasını dəyişən Ərcümənd Banunun xatirəsinə tikilib. 1632-ci ildə imperiyanın paytaxtı olan Aqra şəhərində Yamuna çayının sahillərində tikintisinə başlanılan tarixi əsər 20 ilə tamamlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...