Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Tac Mahalı” xatırladan məscid təmir olunur – FOTO

Tac Mahalı xatırladan iki mərtəbəli tikili 1912-ci ildə istifadəyə verilib.

Qusar rayon mərkəzindən 17 kilometr uzaqlıqda yerləşən Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan qədim məscidin təmirinə başlanılıb.

Din.az Oxu.Az-a istinadən xəbər verir ki, bu məscidi kənd sakinləri və gələn qonaqlar xarici görünüşünə görə Hindistanın Dehli şəhərindəki məşhur Tac Mahala bənzədirlər. Tac Mahalı xatırladan iki mərtəbəli tikili 1912-ci ildə istifadəyə verilib. Bir əsrdən çox yaşı olan abidə uzun illərdir yararsız vəziyyətdə idi.

Hazırda binanın çöl divarları yenidən suvanır, qapı və pəncərələri yenilənir.

İş icraçısı Rizvan Abdullayev bildirir ki, təmir işləri zamanı məscidin əvvəlki görünüşü tamamilə qorunub saxlanılacaq. Məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları gözəl ornamentlərlə bəzədilib. Məscidin ikinci mərtəbəsi qadınların ibadət etməsi üçün nəzərdə tutulub.

Təmir işləri RİH və əslən Hil kənd sakini olan, xeyriyyəçi Kərim İlyasov tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Qusarın ən böyük kəndlərindən sayılan Hil kəndi 1960-cı illərə qədər rayon mərkəzi olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...