Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tacikistanda mədrəsələr bağlandı – FOTO

Mədrəsələrin əvəzinə ölkə məktəblərində 9-cu sinifdə oxuyanlara “İslamın əsasları” fənni tədris ediləcək

Tacikistanda mədrəsələrin əvəzinə, ölkə məktəblərində 9-cu sinifdə oxuyanlara “İslamın əsasları” fənni tədris ediləcək.

“Din.az” “azadlıq.info”ya istinadən xəbər verir ki, ötən həftə Tacikistanda sonuncu mədrəsələri də bağladılar. Ölkədəki İslam tədris ocaqlarının qapadılması 7 il öncə başlanıb. O zaman hökumət gənclərin ekstremist qruplaşmalara qoşulmasının önünü kəsmək üçün belə davrandığını açıqlamışdı.

Elə o vaxtdan bəri Tacikistan hökuməti yanında Dini İşlər Komitəsinin lisenziyası olmadan dini təhsil vermək yasaqlanmışdı. Qanunsuz təhsilə görə, 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulurdu.

1899

Kukeldaş Mədrəsəsi…

Yaxın vaxtlaradək Tacikistanın Soqd vilayətində rəsmi qeydiyyatdan keçmiş 19 mədrəsə fəaliyyət göstərirdi. Tacikistanın din məsələləri eksperti Said Ahmadovun sözlərinə görə, hətta “Əbu-Hənifə” mədrəsəsi də bağlanıb.

Dörd il əvvəl “Əbu-Hənifə” örnək mədrəsə kimi tanınmışdı. Buranın məzunları ölkənin pedaqoji ali məktəblərində təhsillərini davam etdirirdilər.

İndən belə mədrəsələrin əvəzinə, ölkə məktəblərində 9-cu sinifdə oxuyanlara “İslamın əsasları” fənni tədris ediləcək. Ölkənin ali məktəblərində isə bu ildən “Dinşünaslıq” fənni keçiləcək.

madrasa-351x232-custom

Ahmadov düşünmür ki, mədrəsələrin bağlanması gənclər arasında ekstremizmi azaldacaq. Onun sözlərinə görə, mədrəsələrin qapadılması şagirdlərin dini təhsil almayacağı demək deyil. O ehtimal edir ki, indi çoxları molla yanında gizli təhsil alacaqlar. Ahmadov xatırladır ki, hətta sovet vaxtı da Tacikistanın bütün rayonlarında “çayxanalar” vardı. Ölkədəki məscid və mədrəsələr bu ad altında gizlənirdi.

Ekspert elə bundan sonra da belə “çayxana”ların meydana çıxacağını istisna etmir.

Son bir neçə ildə Pakistan, Əfqanıstan, Misir və digər İslam ölkələrində təhsil alan 3 min 54 tacikistanlı gəncdən 2 min 896-sı vətənə qaytarılıb. Ancaq onların əksəriyyəti Tacikistandakı ali təhsil ocaqlarına daxil ola bilməyib və işləmək üçün Rusiyaya mühacirət edib.

Oradan da müxtəlif yollarla yenidən xaricdəki İslam mədrəsələrinə oxumağa gediblər.

prayer-for-pakistan-in-karachi-deeni-madrasa (1)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...