Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tailandda rahibə 114 il həbs cəzası verilib – SƏBƏB?

Rahib kompüterdən istifadə etməklə cinayət törətməkdə ittiham edilib.

Tailandda məhkəmə keçmiş rahibi 114 il müddətinə azadlıqdan məhrum edib.

Din.az bildirir ki, rahib fırıldaqçılıq, çirkli pulların yuyulması və kompüterdən istifadə etməklə cinayət törətməkdə ittiham olunub.

Fırıldaqçılığa görə rahibə 87 il, çirkli pulların yuyulmasına görə 24 il, kompüterlə cinayətə görə 3 il cəza verilib. Tailand qanunvericiliyinə əsasən o, 20 il həbsxanada yatacaq.

Qeyd olunur ki, 39 yaşlı rahib məbədə verilən ianələri öz hesabına keçirib. Məhkəmə həmçinin rahibdən fırıldaq qurbanlarına 900 min dollara yaxın təzminat ödəməyi tələb edib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...