Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tanınmamaq üçün hicab taxan terrorçu yaxalandı – VİDEO

Qadın terrorçu gizlənmək üçün hicabı özün vasitə seçdi

Aksarayda tanınmamak üçün hicab taxan terror təşkilatı MLKP üzvü olan qadın saxlanılıb.

“Din.az” “ensonhaber.com”a xəbər verir ki, istinadən Adana Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbə müdirliklərində çalışan polislər terror təşkilatının üzvü olduğu üçün 3 müxtəlif maddələrdə həbs qərarı verilən Serpil A-nın Aksaraya getdiyi müəyyən edilib.

Aksaray Təhlükəsizlik Müdirliyi ilə əlaqəyə keçən Adana polisi Serpil A-nın yaxalanması üçün təlimat verib.

Təlimat üzrə hərəkətə keçən Aksaray polisi şübhəlinin tanınmamaq üçün hicab taxdığını və bir restoranda olduğunu bildirib. Polis, Serpil A-nın olduğu retoranda əməliyyat keçirib.

1_7671_3

2_546_2

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...