Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tanınmış AZƏRBAYCANLI XƏTTAT həbs edildi

Xəttat saxlanılaraq naməlum istiqamətə aparılıb.

Tanınmış xəttat Abbas Köçəri Cənubi Azərbaycanın Xoy şəhərində saxlanılıb.

Din.az Kult.az-a istinadən xəbər verir ki, xəttat yanvarın 1-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Naməlum istiqamətə aparılan xəttatın hansı səbəbdən saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, A.Köçəri 1971-ci ildə Xoy şəhərində dünyaya göz açıb. O 1997-ci ildə İran Xəttatlar Əncümənindən fərqlənmə diplomu ilə məzun olub. Xəttatın öz ixtisası üzrə 2 mindən çox yetirməsi var. A.Köçərinin türk dilində “Elimin sözləri” və “Şəms Təbriz İşarələri” adlı iki albomu 2013-cü ildə işıq üzü görüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...