Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tanınmış ilahiyyatçı Nihat Hatipoğlunun proqramında növbəti qalmaqal

“Övladım istismar edilib, o qətiyyən müsəlman deyil”.

Nihat Hatipoğlunun proqramlarından birində qonaq olan şəxs “İslami rep” tərzində musiqi ifa edərkən zalda olan bir tamaşaçı ritmə uyğun olaraq başını yelləyirdi. Bu əsnada onun yanında olanların baxışları isə vəziyyətin nə yerdə olduğunu göstərirdi.

ERMƏNİ UŞAQ MÜSƏLMAN OLDU, ANASI TƏKZİB ETDİ

Din.az Türkiyə mətbuatına istinadən bildiirir ki, builki proqramlarda gündəm yaradan digər hadisə isə Hatipoğlunun 13 yaşlı erməni uşağa kəlimeyi-şəhadət gətirdərək onu müsəlman etməsi və sonra baş verənlərdir.

12 mayda proqramda iştirak edən Artur adlı erməni uşaq müsəlman olmaq istədiyini demiş, Prof. Dr. Nihat Hatipoğlu isə gəncin bu istəyilə bağlı ailəsilə danışıldığını və izin alındığını bildirmişdi.

Hadisə ilə bağlı açıqlama verən HDP İstanbul millət vəkili Qaro Paylan isə bunları bildirib: “Anası bu hadisədən sonra mənimlə əlaqə saxladı. Bunun qətiyyən öz razılığı ilə olmadığını bildirdi. Türk dilini yaxşı bilmirdi. Proqramdan ona zəng edildiyini, lakin nə olduğunu başa düşmədiyini, videonu gördükdə heyrətləndiyini bildirdi. Övladının istismar edildiyini, qətiyyən müsəlman olmadığını, sünnət edilmədiyini dedi. Övladı “Orada məşhur insanlar var, yemək verirlər” deyərək dostu proqrama aparıb. 13 yaşlı uşaqdan bəhs edirik. Çox ciddi uşaq istismarı hadisəsilə üz-üzəyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...